Ödənişli ictimai işlərdə iştirak etmək istəyən şəxslərlə Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanır. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. İşsizlikdən sığorta ödənişi almayan şəxslər belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər. İctimai işlərə cəlb olunan şəxslərin əməyinin ödənişi Əmək Məcəlləsinə uyğun həyata keçirilir. Bu işlərin maliyyələşdirilməsi təşkilatçı müəssisələrin vəsaiti, işsizlikdən sığorta vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına aparılır.
