İşəgötürənlər yeni iş yeri yarandıqda və ya iş yeri boşaldıqda bu barədə elektron informasiya sisteminə məlumat daxil etməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Məlumat iş yerinin yarandığı və ya boşaldığı gündən ən geci 5 iş günü müddətində təqdim olunmalıdır. Məlumatda həmin iş yeri üzrə əməkhaqqının məbləği də göstərilməlidir. Məlumatların təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda və formada həyata keçirilir.

