Məşğulluğa kömək göstərilməsi tədbirlərini nəzərdə tutan respublika və ərazi məşğulluq proqramları hazırlanır. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Bu proqramların hazırlanmasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar, yerli özünüidarəetmə orqanları, işəgötürənlər birlikləri və həmkarlar ittifaqları iştirak edirlər. Proqramlar iqtisadi və sosial inkişaf proqnozlarının göstəriciləri əsasında hazırlanır. Onları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar təsdiq edir və həyata keçirilməsini təmin edirlər.
