Vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə etdiyi və ya təmsil etdiyi şəxsin əmlakına bilavasitə zərər dəyərsə, vəkil buna görə maddi məsuliyyət daşıyır.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Vəkillərin müdafiə və ya təmsil etdikləri şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək üçün sığorta bank hesabı yaradılır.
Hər bir vəkil hər ay həmin hesaba aylıq gəlirinin 2 faizini keçirir.
Vəkilin vurduğu ziyanın ödənilməsi üçün onun vəsaiti kifayət etmədikdə məhkəmə qərarı əsasında sığorta bank hesabının vəsaitindən istifadə edilir.
Bu halda Vəkillər Kollegiyasının Rəyasət Heyəti ödənilmiş vəsaiti ziyan vuran vəkildən qanunvericilikdə müəyyən edilmiş qaydada tələb etməlidir.
