Vəkillər öz fəaliyyətlərində müstəqildirlər və yalnız qanunun tələblərinə tabedirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Onlar fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının və digər qurumların hüquqlarını, qanuni maraq və mənafelərini müdafiə və təmsil edə bilərlər.
Bu təmsilçilik təhqiqat, istintaq, məhkəmə və digər dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, hüquqi şəxslərdə, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda həyata keçirilə bilər.
Vəkillər fəaliyyətlərində qanunvericiliklə qadağan edilməyən və vəkil etikasına zidd olmayan üsul və vasitələrdən istifadə etmək hüququna malikdirlər.
Onlar həmçinin kassasiya instansiyası məhkəməsində özlərini təmsil edə bilərlər.