Vəkillər Kollegiyasının Rəyasət Heyəti Kollegiyanın regional qurumlarını, hüquqi yardım və tədris mərkəzlərini yaradır.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Rəyasət Heyəti həmin qurumların aparatlarının strukturunu, ştat cədvəlini, illik büdcəsini və işçilərin əməkhaqqını təsdiq edir.
Eyni zamanda Kollegiyanın regional qurumlarının, mərkəzlərinin, vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin fəaliyyətinə monitorinq aparılır.
Monitorinq Kollegiya orqanlarının qəbul etdiyi qərarların icrasının təmin edilməsi məqsədi daşıyır.
Monitorinq nəticəsində aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı Rəyasət Heyəti müvafiq qərarlar qəbul edir.
