Vəkillər Kollegiyasının orqanları üzvlərin ümumi yığıncağı, Rəyasət Heyəti, Vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyasıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada Kollegiya tərəfindən regional qurumlar, hüquqi yardım mərkəzləri və tədris mərkəzləri də təsis edilə bilər. Vəkillər Kollegiyası üzvlüyə qəbul məsələsini həll edir və intizam nəzarətini həyata keçirir. Kollegiya hüquq mühafizə orqanlarının və məhkəmələrin tələbi əsasında vəkillik fəaliyyəti ilə bağlı məsələlərə də rəy verir. Kollegiyanın səlahiyyətlərinə qanunla müəyyən edilmiş digər məsələlərin həlli də daxildir.
