Fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinə nail olunduqda və onların saxlanılması zərurəti aradan qalxdıqda məlumatlar məhv edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Məlumatların məhv edilməsi təxirə salınmadan həyata keçirilməlidir. Bununla fərdi məlumatların artıq zəruri olmadığı halda əsassız saxlanılmasının qarşısı alınır. Mülkiyyətçi və ya operator məlumatların saxlanılmasına ehtiyacın qalmadığını müəyyən etdikdən sonra müvafiq tədbirlər görməlidir.