Subyekt qanunda nəzərdə tutulan hüquqlarını mülkiyyətçiyə və ya operatora yazılı ərizə təqdim etməklə həyata keçirə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Yazılı ərizə kağız formatında təqdim edilməli və ona şəxsin şəxsiyyətini təsdiq edən sənəd əlavə olunmalıdır. Subyekt hüquqlarını gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sorğu vasitəsilə də həyata keçirə bilər. Bu qayda fərdi məlumatlarla bağlı müraciətlərin həm ənənəvi, həm də elektron formada edilməsinə imkan verir. Beləliklə, qanun subyektin məlumatlarla bağlı hüquqlarından istifadə etməsi üçün müraciət mexanizmlərini müəyyən edir.