Fərdi məlumatların transsərhəd ötürülməsi onların Azərbaycan Respublikasının dövlət sərhədindən əlaqədar beynəlxalq təşkilatlara və başqa ölkələrin subyektlərinə verilməsidir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Belə ötürülmə başqa ölkələrin dövlət və ya yerli özünüidarə orqanlarına, hüquqi və fiziki şəxslərinə məlumatların verilməsini də əhatə edir. Transsərhəd ötürülmə qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Qanunda fərdi məlumatların məhv edilməsi də ayrıca anlayış kimi müəyyən edilib. Məlumatların məhv edilməsi informasiya sistemindən silinməsi, məzmununun sonradan bərpa edilə bilməyən vəziyyətə salınması və ya məlumatların olduğu maddi daşıyıcıların məhv edilməsidir.