Vəkillərin İntizam Komissiyası intizam icraatının başlandığı gündən üç ay müddətində vəkilin iştirakı ilə araşdırma aparır.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Araşdırmanın nəticəsində Komissiya müvafiq rəyini Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edir.
Əlavə araşdırmaya ehtiyac yarandıqda bu müddət üç ayadək uzadıla bilər.
İntizam icraatının aparılması zamanı barəsində araşdırma keçirilən vəkilin qanunla müəyyən edilmiş hüquqları təmin olunur.
Komissiyanın rəyi əsasında Rəyasət Heyəti vəkil barəsində müvafiq intizam tənbehi tətbiq edə bilər.