Nəqliyyat vasitəsinin icarəsi və ya digər əşya hüquqlarına dair müqavilə, yaxud etibarnamə notarial qaydada təsdiqləndikdə bu barədə məlumat dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Notarius müqavilə və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatla yanaşı, qanunda nəzərdə tutulan digər məlumatları da göndərir.
Müvafiq icra hakimiyyəti orqanı həmin məlumatı texniki vasitələrdən istifadə etməklə bir gün ərzində qeydiyyat orqanına ötürür.
Qeydiyyat orqanı daxil olmuş məlumat əsasında üç gün ərzində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir.
Müvafiq məlumat daşınar əmlakın rəsmi reyestrinə də daxil edilir.