Əvvəl qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycana gətirilən nəqliyyat vasitəsi müvəqqəti qeydiyyata alına bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Belə nəqliyyat vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınır.
Nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsi və nişanlarla təmin olunur.
Əvvəlki uçot yerinə edilmiş müraciətə təsdiqləyici cavab alındıqdan sonra nəqliyyat vasitəsinə daimi şəhadətnamə verilir.
Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycandakı xarici səfirlik və konsul nümayəndəlikləri tərəfindən aparıldıqda müvafiq konsul şəhadətnaməsi təqdim edilir.