
Yol hərəkəti təhlükəsizliyi göstəricilərinin siyahısı və onların uçotu qaydaları müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Həmin orqan yol hərəkəti təhlükəsizliyi göstəricilərinə dair hesabatların formalaşdırılması qaydasını da müəyyən edir. Dövlət qurumları vahid uçot sistemində nəzərdə tutulmayan hesabatların təqdim edilməsini tələb edə bilməzlər. Bu tələb yol hərəkəti sahəsində hesabatlılığın vahid prinsiplər əsasında qurulmasına xidmət edir. Eyni zamanda qurumlar arasında əlavə və təkrarlanan hesabatların tətbiqinin qarşısı alınır.
