
Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində ilk tibbi yardım qutusunun olmasını təmin etməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. İlk tibbi yardım qutusu müəyyən edilmiş qaydada komplektləşdirilməlidir. Bu tələb nəqliyyat vasitəsinin sürücülərinə şamil edilir. Avtonom nəqliyyat vasitələrinə münasibətdə isə müvafiq öhdəlik avtonom nəqliyyat vasitəsinin operatoruna aiddir. İlk tibbi yardım qutusunun olması yol-nəqliyyat hadisələri zamanı ilkin yardımın göstərilməsi üçün zəruri imkan yaradır.
