Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi barədə qərarda bir sıra məlumatlar göstərilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Qərarda məhdudlaşdırmanın və ya qadağanın yeri, səbəbi, vaxtı və şərtləri əks etdirilməlidir. Həmçinin qərar barədə yol hərəkəti iştirakçılarına məlumat verilməsi qaydası göstərilməlidir. Sənəddə yol hərəkətinin təhlükəsizliyi tədbirləri, işlərin yerinə yetirilməsi müddətləri və zəruri işlərə cavabdeh şəxslər də müəyyən olunur. Bu tələblər hərəkətin müvəqqəti məhdudlaşdırılması zamanı yol istifadəçilərinin əvvəlcədən məlumatlandırılmasına və təhlükəsizliyin təmin edilməsinə xidmət edir.

