
Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara müxtəlif təhsil müəssisələrində öyrədilir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Bu qaydalar məktəbəqədər, ümumtəhsil və xüsusi təhsil müəssisələrində tədris olunur. Həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada razılıq almış digər müəssisələrdə də belə təlim keçirilə bilər. Tədris müvafiq qurum tərəfindən hazırlanmış və təsdiq edilmiş nümunəvi proqramlar və metodik tövsiyələr əsasında aparılır. Yollarda təhlükəsiz davranma qaydalarının öyrədilməsi barədə müddəa dövlət təhsil standartlarına daxil edilir.
