Qeyri-formal məşğulluğun qarşısının alınması üzrə risk qruplarının müəyyən edilməsi və risk qiymətləndirilməsi sistemi vahid elektron informasiya ehtiyatı vasitəsilə tətbiq edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı risk qrupları müəyyən edilir və preventiv tədbirlər görülür. Bu proses “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun həyata keçirilir. Risk qiymətləndirilməsi sisteminin tətbiqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən həyata keçirilir. Elektron sistem vasitəsilə aparılan bu iş qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəlmiş nəzarət tədbirlərinin səmərəliliyini artırır.

