Məqsədli proqramlar üzrə müsabiqədə əmək bazarında ən çox tələb olunan peşələr üzrə iş yerləri yaradan işəgötürənlərə üstünlük verilir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Üstünlük sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün münasib iş yerləri yaradan işəgötürənlərə şamil olunur. Yaradılan iş yerlərinin dayanıqlı olması da əsas meyarlardan biridir. Bu yanaşma əmək bazarının tələbatına uyğun peşələr üzrə məşğulluğun artırılmasına xidmət edir. Eyni zamanda, işə düzəlməkdə çətinlik çəkən şəxslərin davamlı işlə təmin olunmasına şərait yaradır.