
Dövlət qeydiyyat nişanlarının rəqəm və hərf kombinasiyaları barədə məlumatların açıqlanması təmin edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Mövcud rəqəm və hərf kombinasiyaları barədə məlumatlar və həmin kombinasiyalar üzrə dövlət rüsumunun məbləği açıqlanmalıdır. Şəxslərə dövlət qeydiyyat nişanındakı rəqəm və hərf kombinasiyasını sərbəst seçmək imkanı yaradılmalıdır. Seçilmiş kombinasiya xüsusi terminallar və internet vasitəsilə sifariş edilə bilər. Dövlət rüsumunun da həmin imkanlardan istifadə etməklə ödənilməsi nəzərdə tutulur.
