Mülkiyyətçi və operator fərdi məlumatların mühafizəsini təmin edən texniki və təşkilati tədbirlər görməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Bu tədbirlər məlumatların təsadüfi və icazəsiz məhv edilməsinin və itirilməsinin qarşısının alınmasına yönəlməlidir. Həmçinin qanunsuz müdaxilənin, dəyişdirilmənin və digər halların qarşısının alınması təmin edilməlidir. Fərdi məlumatların mühafizəsinə dair konkret tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Fərdi məlumatların arxivləşdirilməsi qaydaları isə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.