Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, habelə mopedlər dövlət qeydiyyatından keçirilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Dövlət qeydiyyatı qanun və müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir. Qeydiyyat zamanı nəqliyyat vasitəsinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının təhlükəsizlik qaydalarına uyğunluğu nəzərə alınır. Nəqliyyat vasitələrinin sahiblərinə dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitəsinin qeydiyyatı isə yalnız bir şəxsin adına aparılır.