Mexaniki nəqliyyat vasitələrini layihələndirən, istehsal və istismar edən şəxslər ətraf mühitin qorunması üçün tədbirlər görməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Bu tədbirlər nəqliyyat vasitələrinin ətraf mühitə çirkləndirici maddələr buraxmasının qarşısının alınmasına və ya onların azaldılmasına yönəlməlidir. Həmçinin səs-küyün və vibrasiyanın qarşısının alınması və azaldılması təmin edilməlidir. Tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı və istismarı qadağandır. Fiziki və hüquqi şəxslər çirkləndirici maddələrin və fiziki təsirlərin yol verilən hədləri ilə bağlı normativlərə əməl etməlidirlər.