
Müvafiq dövlət icra hakimiyyəti orqanları vətəndaşlara yollarda təhlükəsiz davranma qaydalarının öyrədilməsinə köməklik göstərməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Bu öhdəlik məktəbəqədər, ümumtəhsil və xüsusi təhsil müəssisələrində aparılan təlimlərə də aiddir. Təhlükəsiz davranış qaydalarının öyrədilməsi üçün nümunəvi proqramlardan və metodik tövsiyələrdən istifadə olunur. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılmasına xidmət edir. Qanunvericilik belə məlumatlandırma məqsədilə mediadan da istifadə edilməsinə imkan verir.
