Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi barədə qərar təxirəsalınmadan dövlət orqanlarının və əhalinin nəzərinə çatdırılmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Qərarda göstərilən zəruri işlərin icrasına cavabdeh şəxslər yol hərəkətinin təhlükəsizliyinə nəzarət edən orqanla birlikdə tədbirlər həyata keçirirlər. Bu tədbirlərə zəruri hallarda dolayı yollarla yol hərəkətinin təşkil edilməsi də daxildir. Məqsəd məhdudlaşdırılan və ya qadağan edilən yollarda hərəkətin təhlükəsizliyinin qorunmasıdır. Beləliklə, qərarın operativ şəkildə ictimaiyyətə çatdırılması və alternativ hərəkətin təşkili nəzərdə tutulur.