Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Nəzarəti həyata keçirən orqanlar həmkarlar ittifaqları birlikləri, işəgötürənlərin nümayəndəli orqanları və birlikləri, habelə ictimai birliklərlə birgə fəaliyyət göstərirlər. Tərəflər maarifləndirmə, məlumatlandırma və təbliğat işi aparırlar. Qeyri-formal məşğulluqla bağlı “Reklam haqqında” qanuna uyğun olaraq sosial reklamlar sifariş edilə, xüsusi bülletenlər və digər nəşrlər buraxıla bilər. Bu tədbirlər cəmiyyətdə qeyri-formal məşğulluğun mənfi nəticələri barədə məlumatlılığın artırılmasına xidmət edir.