Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətin ümumi təşkili və əlaqələndirilməsi səlahiyyətli orqan tərəfindən həyata keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Kritik informasiya infrastrukturu subyektləri təhlükəsizliyi müəyyən edilmiş ümumi və xüsusi tələblərə uyğun təmin etməlidirlər.
Səlahiyyətli orqan təhlükəsizlik sahəsində ümumi vəziyyəti fasiləsiz monitorinq edəcək.
Qurum kibertəhdidlərə qarşı əlaqələndirilmiş tədbirlərin görülməsini təşkil edəcək.
Təhlükəsizlik sahəsində toplanan məlumatlar təhlil edilərək risklər qiymətləndiriləcək.
Bu fəaliyyət kritik informasiya infrastrukturunun davamlı qorunmasına xidmət edəcək.

