Polis əməkdaşlarına xidmətdə fərqləndiklərinə görə əvvəllər verilmiş intizam tənbehi vaxtından əvvəl götürülə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Bu tədbir polis əməkdaşları üçün nəzərdə tutulan həvəsləndirmə formalarından biridir. Polis təhsil müəssisələrində kursantların təqaüdünün artırılması və ərazidən növbədənkənar buraxılması da həvəsləndirmə tədbirləri kimi tətbiq oluna bilər. Bundan başqa, polis əməkdaşları Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltif edilmək üçün təqdim oluna bilərlər. Bu tədbirlər xidmətdə yüksək nəticələrin və nümunəvi davranışın təşviqinə xidmət edir.