
Polis əməkdaşlarının əməkhaqqı və əlavə ödənişləri bir neçə meyar əsasında müəyyənləşdirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Əməkhaqqının əsas hissəsi əməkdaşın tutduğu vəzifə, xüsusi rütbəsi və xidmət illəri nəzərə alınmaqla hesablanan maaşdan ibarətdir. İstirahət, səsvermə, qeyri-iş bayram günləri və ümumxalq hüzn günü, eləcə də gecə və iş vaxtından artıq görülən işlərə görə əlavə haqlar nəzərdə tutulur. Xidmət şəraitindən asılı olaraq əməkdaşlara birdəfəlik müavinətlər və başqa ödənişlər də verilə bilər. Əsas maaşın, kompensasiyaların, müavinətlərin və digər ödənişlərin məbləği ilə təyin edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
