
Polis əməkdaşı odlu silahdan istifadə etməzdən əvvəl, bir qayda olaraq, şifahi xəbərdarlıq etməli və ya xəbərdarlıq atəşi açmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Lakin qəfil və gözlənilməz hücum baş verdikdə polis əməkdaşı xəbərdarlıq etmədən odlu silah tətbiq edə bilər. Hücum zamanı odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən və ya təhlükə yaradan yırtıcı, vəhşi və digər heyvanlardan istifadə edilməsi də istisnalara daxildir. Bu hallarda xəbərdarlıq etmədən silah tətbiqinə qanunla icazə verilir. Digər hallarda isə polis əməkdaşı odlu silahdan istifadə zamanı xəbərdarlıq qaydasına əməl etməlidir.
