Polis əməkdaşları xüsusi vasitələrdən qanunla müəyyən edilmiş hallarda istifadə edə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Belə hallar arasında insan həyatına və sağlamlığına real təhlükə yaradan basqınların qarşısının alınması, kütləvi iğtişaşların dayandırılması və girovların azad edilməsi var. Xüsusi vasitələr yaşayış binalarına və digər obyektlərə qrup halında basqınların dəf edilməsi zamanı da tətbiq oluna bilər. Silahlı müqavimət göstərən, cinayət törətməkdə şübhəli bilinən və ya qaçmağa cəhd edən şəxslərlə bağlı da qanunda müvafiq hallar nəzərdə tutulub. Bu vasitələrin tətbiqi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.
