Dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının büdcələrinin tərtibi və icrası üzrə əməliyyatlar əlaqələndirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Əlaqələndirmə Maliyyə Nazirliyi və müvafiq dövlət fondları tərəfindən birgə hazırlanıb təsdiqlənən tədbirlər planı əsasında həyata keçirilir. Həmin tədbirlər planı mətbuatda dərc edilir. Bu qayda büdcələrin tərtibi, icrası və icrasına nəzarət proseslərinin uzlaşdırılmasına xidmət edir.
