Yerli büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin və bələdiyyələrin büdcə vəsaitlərinə sərəncam vermək hüququnun olması ilə təmin edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Bələdiyyələrin müraciəti və qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanlarının onların büdcə fəaliyyətinə müdaxiləsinə yol verilmir. Bələdiyyələr maliyyə ilinin sonunda büdcədə yaranmış sərbəst maliyyə qalıqlarına müstəqil sərəncam verirlər. Bu qaydalar yerli maliyyə idarəçiliyinin müstəqilliyini qorumağa xidmət edir.