Yerli büdcənin layihəsi bələdiyyə ərazisində fəaliyyət göstərən müəssisələrin və digər hüquqi şəxslərin, eləcə də fiziki şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi əsasında formalaşdırılır. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Büdcə layihəsi hazırlanarkən sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar da nəzərə alınır. Dövlət büdcəsindən dotasiya alınması nəzərdə tutulduqda layihə tələb olunan sənədlər və məlumatlarla birlikdə mayın 1-dək Maliyyə Nazirliyinə təqdim edilməlidir. Yerli büdcə layihəsinin hazırlanması növbəti büdcə ilinə 11 ay qalmış başlanır və onun bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir.