Hərbi qulluqçuların və onların ailə üzvlərinin Konstitusiya və qanunlarla təmin edilmiş hüquq və azadlıqları qanunsuz şəkildə məhdudlaşdırıla bilməz. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Belə hüquqların məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun hallarda yol verilir. Hərbi xidmətin xüsusiyyətləri ilə əlaqədar hərbi qulluqçuların bəzi ümumi vətəndaşlıq hüquqlarına məhdudiyyətlər qoyula bilər. Onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələrin həvalə edilməsi də qanunvericiliklə müəyyən olunur. Bu məsələlər müvafiq qanunlar və Silahlı Qüvvələrin nizamnamələri ilə tənzimlənir.