İnvestisiya qiymətli kağızlarının kütləvi təklifi zamanı emissiya prospektinin və ya informasiya memorandumunun təsdiqi Mərkəzi Bank tərəfindən həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Təsdiqlənmiş sənədlər qanunla müəyyən edilmiş qaydada ictimaiyyətə açıqlanmalıdır. İnformasiya memorandumuna dair tələbləri də Mərkəzi Bank müəyyən edir. Emitent bir il ərzində səhmlər istisna olmaqla, investisiya qiymətli kağızlarının bir neçə buraxılışı barədə qərar qəbul etdikdə baza emissiya prospekti hazırlaya bilər. Baza emissiya prospektinə və onun əlavələrinə dair tələblər də Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir.

