Bir əşyaya eyni vaxtda iki şəxs sahiblik edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb. Əşyanı məhdud əşya hüququnun və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün başqa şəxsə verən şəxs vasitəli sahib hesab olunur. Əşyanı faktiki olaraq əldə saxlayan digər şəxs isə vasitəsiz sahib sayılır. Beləliklə, əşyanın faktiki olaraq bir şəxsin əlində olması digər şəxsin də sahiblik hüququna malik olmasını istisna etmir. Bu yanaşma əşya üzərində müxtəlif hüquqi əsaslarla yaranan sahiblik münasibətlərini tənzimləyir.