Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək üçün müəyyən vəsaitlər xüsusi xəzinə hesabına köçürülür. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi həmin məqsədlər üçün ayrılır. Polis orqanlarının istintaq apardığı cinayət işləri üzrə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilən ödənişlərdən daxil olan vəsaitin də 5 faizi bu hesaba köçürülür. Həmin vəsaitin istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilir. Bu mexanizm polisin sosial müdafiəsinə və maddi-texniki imkanlarının gücləndirilməsinə maliyyə dəstəyi yaradır.