Hərbi qulluqçular dövlət orqanlarına, ictimai təşkilatlara və hərbi idarəetmə orqanlarına təklif, ərizə və şikayətlə müraciət etmək hüququna malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Onlar vəzifəli şəxslərin, dövlət orqanlarının, təşkilatların və digər şəxslərin hüquqa zidd hərəkətlərindən müəyyən edilmiş qaydada şikayət edə bilərlər. Komandirlərin və ya digər hərbi qulluqçuların qanunsuz əmrləri və hərəkətləri ilə bağlı şikayətlər Silahlı Qüvvələrin nizamnamələrində nəzərdə tutulan qaydada araşdırılır. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarəetmə orqanlarının qərarlarından, hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və ya məhkəməyə şikayət edə bilərlər. Bu hüquqlar hərbi qulluqçuların qanuni maraqlarının qorunmasına imkan yaradır.