Səlahiyyətli orqan kibertəhdidlər və kiberinsidentlər barədə məlumatların operativ mübadiləsini təmin edəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Məsul şəxslər qarşılaşdıqları kibertəhdidlər barədə məlumatları aidiyyəti orqana təqdim edəcəklər.
Toplanan məlumatlar əsasında təhlükələrin qabaqlanması üçün tədbirlər görüləcək.
Səlahiyyətli orqan subyektlərə operativ informasiya və metodiki dəstək verəcək.
Kiberhücumlar və təhlükəsizlik boşluqları ilə bağlı xəbərdarlıqlar göndəriləcək.
Məqsəd kritik informasiya infrastrukturunun dayanıqlığını artırmaqdır.