
Polis əməkdaşlarının xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olması qanunla məhdudlaşdırılıb. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Polis əməkdaşları başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər. Onlar elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Əməkhaqqından və qanunla icazə verilən elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib almaları da qadağandır. Bu məhdudiyyətlər polis xidmətinin müstəqilliyinin və əməkdaşların xidməti vəzifələrinə bağlılığının qorunmasına yönəlib.
