Hərbi qulluqçular qanunvericilikdə müəyyən edilmiş şərtlər daxilində həqiqi hərbi xidmətdən buraxılmaq hüququna malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Xidmət müddətini başa çatdıran, hərbi xidmətdə olmağın son yaş həddinə çatan və ya səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan şəxslər ehtiyata və ya istefaya buraxıla bilərlər. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular müəyyən hallarda xidmət müddəti başa çatmamış ailə vəziyyətinə görə öz arzuları ilə xidmətdən buraxıla bilərlər. Zabitlər isə vəzifələrində on illik xidmət müddətini başa vurduqdan sonra öz arzuları ilə xidmətdən buraxılmaq hüququna malikdirlər. Bu məsələlər müvafiq qanunvericiliyin tələblərinə uyğun tənzimlənir.