Hərbi qulluqçuların və xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil hüquqları qanunla qorunur. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, həmin şəxslər və onların ailə üzvləri mənzil hüquqları pozulduqda hüquqlarının bərpasını tələb edə bilərlər. Onlar zərərin ödənilməsi ilə bağlı yerli icra hakimiyyəti başçısına qarşı məhkəmədə iddia qaldıra bilərlər. Bununla yanaşı, hərbi idarəetmə orqanlarına və digər dövlət orqanlarına müraciət etmək hüquqları da var. Bu mexanizm mənzil təminatı sahəsində qanuni hüquqların müdafiəsinə xidmət edir.

