Polis əməkdaşları qanunda göstərilən müəyyən hallarda xidməti itlərdən istifadə etmək hüququna malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Xidməti itlər xüsusi vasitələrin tətbiqinə əsas verən halların əksəriyyətində istifadə oluna bilər. Lakin kütləvi iğtişaşlar zamanı və nəqliyyat vasitələrinin məcburi dayandırılması üçün nəzərdə tutulan xüsusi hallarda bu imkan qanunla istisna edilib. Xidməti itlərdən istifadə polisin qanuni vəzifələrinin yerinə yetirilməsi ilə əlaqəli olmalıdır. Bu zaman tətbiq edilən tədbirin qanunauyğunluğu və yaranmış təhlükəyə uyğunluğu əsas götürülməlidir.