Səhmdar cəmiyyəti əlavə səhm buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra beş iş günü ərzində səhmdarlara üstünlük hüquqları barədə bildiriş göndərməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Bildiriş hər bir səhmdara sifarişli poçt göndərişi ilə çatdırılmalıdır. Səhmdar üstünlük hüququndan istifadə etmək istədiyini bildiriş aldığı tarixdən etibarən 10 iş günü ərzində cəmiyyətin icra orqanına yazılı şəkildə bildirməlidir. Üstünlük hüququndan istifadə edən səhmdarlara təklif edilən əlavə səhmlərin qiyməti üçüncü şəxslərə təklif olunan qiymətdən aşağı ola bilməz. Bu qayda səhmdarların əlavə səhm buraxılışında iştirak imkanlarını qorumağa xidmət edir.

