Polis əməkdaşı şəxsi məhkəmə qərarı əsasında tutarkən qərarda həmin şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasının nəzərdə tutulmasına diqqət yetirməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, məhkəmənin və ya hakimin qərarı məhz tutulacaq və ya həbsə alınacaq şəxsə aid olmalıdır. Bu tələb şəxsin azadlığının əsassız məhdudlaşdırılmasının qarşısını almağa xidmət edir. Qərarda başqa şəxsin göstərilməsi polis əməkdaşına həmin qərar əsasında digər şəxsi tutmaq səlahiyyəti vermir. Beləliklə, azadlıq hüququnun məhdudlaşdırılması zamanı məhkəmə qərarının məzmunu və aidiyyəti əsas şərtlərdəndir.
