İtaliyanın cənub-şərqindəki Pulya bölgəsində silahlı və maskalı 10-a yaxın şəxs zirehli inkassatoru qarət etməyə cəhd edib.

Heftelik.az xəbər verir ki, hadisə Cerinyola ilə San Ferdinando-di-Pulya şəhərləri arasındakı 16 nömrəli avtomobil yolunda baş verib.

Hücum edənlər yolu bağlamaq və avtomobili dayandırmaq üçün oğurlandığı ehtimal edilən iki maşını yandıraraq barrikada qurublar.

Daha sonra zirehli avtomobilin pul saxlanılan bölməsinə çatmaq üçün partlayıcı maddələrdən və kəsici alətlərdən istifadə ediblər. Onların qaçış zamanı içərisində iki sərnişin olan avtobusu da saxlayaraq yolu bağlamağa məcbur etdikləri bildirilir.

Qarətçilərin avtomobildəki pulu ələ keçirib-keçirmədiyi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır, hücum nəticəsində magistralda nəqliyyatın hərəkətində ciddi fasilələr yaranıb.