Bakıda 1 həftə əvvəl alınmış maşının üzərinə düşən qaz borusu nəqliyyat vasitəsini iki hissəyə bölüb.

Heftelik.az Xazar TV-yə istinadən xəbər verir ki,  maşının sahibi deyib ki, hadisəni yoldaşı pəncərədən baxanda görüb.

O, maşını sığorta etdirdiklərini bildirib.

Qaz borusunun üzərinə aşan ağac artıq kəsilib hissələrə bölünüb. Hadisə ilə əlaqədar mənzillərə qazın verilişi dayandırılıb.

Daha ətraflı “Xəzər TV”nin videomaterialında: