Bələdiyyələr yerli büdcələrin tərtibində, təsdiqində və icrasında müstəqil fəaliyyət göstərirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Dövlət yerli büdcələrə maliyyə dəstəyini investisiya mühitinin yaxşılaşdırılması və iqtisadi siyasətin səmərəli həyata keçirilməsi yolu ilə göstərə bilər. Yerli sosial-iqtisadi inkişaf proqramlarını bələdiyyələrin öz vəsaitləri hesabına maliyyələşdirmək mümkün olmadıqda dövlət büdcəsindən dotasiya və subvensiya ayrıla bilər. Bu dəstək yerli inkişaf layihələrinin maliyyələşdirilməsinə imkan yaradır.