İnstitusional investorlar qiymətli kağızlara investisiya qoyuluşu və maliyyə bazarlarında fəaliyyət baxımından xüsusi kateqoriyaya aid edilirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Bu qrupa investisiya şirkətləri, investisiya fondları və onların idarəçiləri daxildir. Kredit təşkilatları, sığortaçılar, pensiya fondları və digər tənzimlənən maliyyə institutları da institusional investor hesab olunur. Əsas fəaliyyəti qiymətli kağızlara investisiyalarla bağlı olan şəxslər, əmtəə və törəmə alət dilerləri də bu kateqoriyaya aid edilir. Beynəlxalq maliyyə təşkilatları, dövlətlər və mərkəzi banklar da institusional investorlar sırasına daxildir.
